Yazıçı-publisist İntiqam Mehdizadə 77 yaşında vəfat edib.
Bu barədə yazıçı Şərif Ağayar məlumat verib.
Qeyd edək ki, İ.Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Univeristeti) Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifi olub.
Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.
MƏDƏNİYYƏT
08/06/2022 17:53
108 oxuma
Afa Garani
Türkiyənin bir neçə məşhur siması saxlanılıb
“Zəhər tuluğu” filmi Qazaxıstandan sonra Türkiyədə də yayımlanacaq
İsveç və Finlandiya NATO-ya üzvlük protokolunu imzalayıb
Yaponiya Rusiya və Belarusa sanksiya tətbiq edib
Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub