Ukraynada Rusiyanın təyin etdiyi administrasiya rəhbərinin avtomobili partladılıb

Ukraynanın Xerson vilayətində Rusiya tərəfindən Çernobayevka şəhərinə təyin edilən qondarma administrasiya rəhbəri Yuri Turulevə qarşı sui-qəsd cəhdi olub.

 

Yerli partizanlar qondarma şəhər rəhbərinin avtomobilini partladıb.

 

Məlumata görə, hadisə nəticəsində Y.Turulev yaralanıb.

Qeyd edək ki, mart ayında işğal edilən Ukraynanın Xerson vilayətində Rusiya hərbçilərinə, həmçinin yerli kollaborantlara qarşı mütəmadi şəkildə müxtəlif formalarda sui-qəsd hücumları edilir.

Kateqoriya

HADİSƏ

Tarix

22/06/2022 16:24

Baxış sayı

59 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99