"Ukrayna tezliklə qələbə çalacaq"

“Rusiyanın amansız müharibəsinə baxmayaraq, Ukraynanın demokratik təsisatları qorunub saxlanılıb. Birgə səylər nəticəsində tezliklə qarşı tərəf üzərində qələbə olacaq”.

 

Bu fikirləri Ukraynanın dövlət başçısı Volodimir Zelenski “Ukraynanı qucaqlayın” xeyriyyə telemarafonunun iştirakçılarına müraciətində deyib.

 

“İnanıram ki, biz müharibəni ən qısa vaxtda qələbə ilə bitirə bilərik. Vahid Avropa istənilən diktaturadan güclüdür. Hətta belə amansız müharibə zamanı da Ukraynanın demokratik institutları qorunub saxlanılıb”, - o bildirib.

Zelenski Avropa İttifaqının Ukrayna ilə bağlı tarixi qərarına sayılı günlər qaldığını qeyd edib və bu qərarın müsbət olacağına əminliyini vurğulayıb: “Biz buna layiqik. Rusiya bombaları şəhərləri yerlə-yeksan edir, rus əsgərləri minlərlə dinc sakini öldürür, Rusiya dövləti hətta ukraynalıları kütləvi surətdə deportasiya edir. Bu nədir? Bu, Rusiyanın bütün azad Avropaya, ümumi dəyərlərimizə qarşı hücumudur. Dəyərlərimizin məhv edilməsinə imkan verməyəcəyik”.

Kateqoriya

SİYASƏT

Tarix

22/06/2022 15:32

Baxış sayı

63 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99