Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün tarixi açıqlanıb

Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında 5-ci görüşün tarixi məlum olub.

Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə növbəti görüşün sentyabrda keçiriləcəyini bildirib.

“Proseslər kövrəkdir, daimi sülh təmin edilməlidir”, - nazirlikdən qeyd olunub.

XİN-dəki mənbə həmçinin görüşün harada keçiriləcəyinə aydınlıq gətirib: “Bu, düşmənlərin toplanısı deyil, üçüncü ölkədə keçirilə bilməz”.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci, üçüncü və dördüncü müzakirələr isə Avstriyanın paytaxtı Vyanada baş tutub.

Kateqoriya

SİYASƏT

Tarix

11/08/2022 13:28

Baxış sayı

164 oxuma

Jurnalist

Aynurə Azayeva

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99