Rusiyada valyuta əməiyyatındakı məhdudiyyətlər götürülür

Rusiya Mərkəzi Bankı dollar və avro istisna olmaqla, vətəndaşlara nağd valyuta satışını yenidən həyata keçirməyə başlayıb.

Mərkəzi bankdan verilən yazılı açıqlamada, ölkədəki banklardakı valyuta ehtiyatları sayəsində nağd valyuta əməliyyatlarına qoyulan məhdudiyyətlərin yumşaldılmasına qərar verildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, hazırda dollar və avro istisna olmaqla, bütün nağd mübadilə məntəqələrində vətəndaşlara satış pulsuzdur.

Xatırladaq ki, martın 9-da Rusiyada tətbiq edilən sanksiyalara görə valyuta satışına bəzi qadağalar və məhdudiyyətlər qoyulub. Sentyabrın 9-da dollar və avroya qoyulan məhdudiyyətlərin də götürüləcəyi gözlənilir.

Kateqoriya

İQTİSADİYYAT

Tarix

19/05/2022 23:50

Baxış sayı

494 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99