"Rusiya qonşu ölkələrini təsir dairəsinə qaytarmağa çalışır"

“Rusiya Prezidenti Vladimir Putinin səhhəti barədə müxtəlif şayiələr yayılır, ancaq biz onun sandığımızdan da sağlam olduğunu deyə bilərik”.

 

 

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Vilyam Börns ölkəsinin Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik məsələləri üzrə forumda bildirib.

 

Onun sözlərinə görə, Ukraynadakı müharibədə Rusiyanın 15 min ətrafında hərbçisi ölüb, bundan təxminən 3 dəfə çox hərbçisi yaralanıb: “Ukraynalılar da yaralanıb. Ancaq onların sayı azdır. Bununla belə, bu, əhəmiyyətli sayda itkidir”.

 

V.Börns qeyd edib ki, Rusiya hakimiyyəti qonşu ölkələri təsir dairəsinə qaytarmağa və Rusiyanın böyük qüvvə kimi bərpa etməyə çalışır: “Ancaq bunu Ukrayna üzərində nəzarətsiz də etməyin mümkünlüyünə inanmırlar”.

MKİ direktoru İranın nüvə proqarmından da danışıb: “Kəşfiyyatımızın dəyərləndirməsinə əsasən, İran nüvə silahı yaratmaq istiqamətində səy göstərmir”.

Kateqoriya

SOSİAL

Tarix

21/07/2022 10:31

Baxış sayı

196 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99