Rasim Balayevi tənqid edən şəxslər məhkəməyə veriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı Xalq artisti Rasim Balayevin sədr seçilməsini tənqid edən şəxslər xəbərdarlıq ünvanlayıb.

 

Açıqlamada qeyd olunub:

 

"Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının, ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş, AKİ sədri, Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlirik.

Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında legitim olaraq, Xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızn inkişafına heç bir xeyir gətirməyəcək.

Gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, ittifaqın üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarımıza hörmətlə yanaşır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik.

Bir daha xəbərdarlıq edirik ki,  Azərbaycan Kinematoqrafçılar İttifaqının, və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq".

 

 

Mənbə: OLAY

Kateqoriya

MƏDƏNİYYƏT

Tarix

14/06/2022 15:14

Baxış sayı

81 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99