Nazir "TIR" sürücülərinin etiraz etdiyi şöbə müdirini İŞDƏN ÇIXARDI

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.


"İlk Xəbər" "Qaynarinfo"ya istinadən xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.


Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.


Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Kateqoriya

ÖLKƏ

Tarix

17/02/2022 13:02

Baxış sayı

1676 oxuma

Jurnalist

Şükufə Allahverdiyeva

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99