Narkoloji dispanserdən buraxılan 15 yaşlı Ruslan küçədə dilənçilik edir

Narkoloji dispanserdən buraxılan 15 yaşlı Ruslan küçədə dilənçilik edir

 

Bakıda narkoloji dispanserdən buraxıldıqdan sonra 15 yaşlı Ruslan adlı yeniyetmə küçədə dilənçilik etməyə başlayıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib:

 

"15 yaşlı qızın hansı dildə təhsil alması önəmli deyil. Hansı durumdan bu addımı atması, uşaqların nəzarətsiz qalması önəmlidir.

Təhsil müəssisələrinin hamısı nəzarətə götürülməlidir! Həssas ailələr nəzarətə götürülməlidir!!!

Bəyəm narkotik istifadəçisi olan uşaq ya böyük onun atdığı addımı atmaz? Atar, hələ o tərəfə də keçər!

Ruslan adlı bu uşağa 10 manat verib nələrə məcbur etmək olmaz ki. Cinayətə də, xəyanətə də gedər.

3 ay narkoloji dispanserdə yatandan sonra yenə buraxıblar. Kimə başa salaq ki, bu uşaq qapalı müəssisədə qalmalıdır.

Sosial Xidmətlər Agentliyi yerləşdirin bu uşağı! Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müalicə edin, bu uşağı!"

Kateqoriya

SOSİAL

Tarix

14/06/2022 09:42

Baxış sayı

99 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99