Milli Məclisin sədri Qırğızıstana səfərə gedib

İyunun 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti TÜRK PA-nın XI Plenar sessiyasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfərə gedib.

 

 

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Cavanşir Feyziyev, Nizami Cəfərov, Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

 

İssık-Kul Beynəlxalq Hava Limanında nümayəndə heyətini Joqorku Keneşin sədr müavini Ulan Primov, xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRK PA-nın Baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.

Tədbirdə Milli Məclisin sədri çıxış edəcək, sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər iyunun 24-də başa çatacaq.

Kateqoriya

DÜNYA

Tarix

23/06/2022 18:20

Baxış sayı

62 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99