Maksim Qalkin Ukraynanın “qara siyahı”sından çıxarılıb

Rusiyanı tərk edən və hazırda İsraildə yaşayan komediya aktyoru, aparıcı Maksim Qalkin Ukraynanın “qara siyahı”sından çıxarılıb.

 

Bu barədə ölkənin Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin saytında məlumat verilib.

 

Qeyd edək ki, M. Qalkin 2021-ci ilin noyabrında Ukraynanın milli təhlükəsizliyinə təhdid elan edilib.  Yumoristin ölkəyə girişi qadağan edilib, onun yer aldığı filmlər televiziyalardan götürülüb.

 

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra komediya aktyoru həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə Rusiya Federasiyasını tərk edərək İsrailə köçüb.

M.Qalkin sərt anti-müharibə mövqeyi ilə çıxış edir. O, İsraildə konsert turundan əldə etdiyi gəlirlə ukraynalı qaçqınların ehtiyaclarını qarşılayacaq.

 

Kateqoriya

MAQAZİN

Tarix

23/06/2022 14:57

Baxış sayı

61 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99