Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
Hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil Gəncə istiqamətin də hərəkətdə olarkən “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.
Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
HADİSƏ
19/06/2022 12:51
91 oxuma
Afa Garani
Türkiyənin bir neçə məşhur siması saxlanılıb
“Zəhər tuluğu” filmi Qazaxıstandan sonra Türkiyədə də yayımlanacaq
İsveç və Finlandiya NATO-ya üzvlük protokolunu imzalayıb
Yaponiya Rusiya və Belarusa sanksiya tətbiq edib
Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub