İslamiada: Azərbaycan kikboksinq millisi medal sıralamasında ilk "üçlüy"ə düşüb

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk "3-lüy"ə düşüb.

 

 

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış milli komanda medal sıralamasında 3-cü olub.


1-ci yeri meydan sahibi Türkiyə tutub. Türklər 17 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Qazaxıstan 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 2-ci yeri tutub.

 

Qeyd edək ki, Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının ümumi sıralamasında 99 medal qazanıb. 29 qızıl, 36 gümüş və 34 bürünc medal qazanmış Azərbaycan Türkiyə, Özbəkistan və İrandan sonra 4-cü olub.

Kateqoriya

İDMAN

Tarix

19/08/2022 11:36

Baxış sayı

169 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99