Fərhad Əhmədova da sanksiya tətbiq edilib

Böyük Britaniyanın sanksiya tətbiq etdiyi şəxslərin siyahısında Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun da adı var.

 

Siyahıda, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya, sahibkar Gennadi Timçenkonun həyat yoldaşı Yelena, milyarder Əlşir Usmanovun bacıları Saodat Narziyeva və Gülbahar İsmailova, “Surqutnefqaz”ın sahibi Vladimir Boqdanov, “Ozon”un keçmiş baş direktoru Aleksandr Şulgin, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey Fursenko, ESN şirkətlər qrupunun sahibi Qriqori Berezkin, “Transmaşholdinq” Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Andrey Borkarev, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, sahibkarlar Səid Kərimov və İor Kesayev də var.

 

Mənbə: BBC

 

Kateqoriya

BİZNES

Tarix

13/04/2022 16:21

Baxış sayı

225 oxuma

Jurnalist

Xədicə Ağayeva

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99