COVID-19 və meymunçiçəyi epidemiyası bitmədən yeni virus yayılır

COVID-19 və meymunçiçəyi epidemiyası bitmədən Hindistanda yeni virus xəbəri narahatlıq yaradır.

 

 

İlk dəfə bu ilin may ayında aşkarlanan və beş yaşa qədər 82 uşağı xəstələndirən pomidor qripi (Tomato flu) dəridə iri qırmızı qabarcıqlar, yüksək hərarət, yorğunluq, bədəndə ağrılar və şiddətli oynaq ağrıları kimi əlamətlərlə başlayır.

 

Ölümcül olmayan virusa hələ heç bir peyvənd müalicəsi tətbiq edilmir. Ona qarşı ən təsirli müalicənin bol maye içmək və istirahət etmək olduğu bildirilir.

 

Çox yoluxucu olduğu bildirilən xəstəlikdə yoluxmuş şəxslərlə təmasda olanlar bir həftə müddətinə təcrid edilirlər.

 

 

Mənbə: 9news

Kateqoriya

DÜNYA

Tarix

22/08/2022 12:43

Baxış sayı

179 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99