Çin ilə Avropanı birləşdirəcək multimodal dəhliz Azərbaycandan keçəcək

Asiya və Sakit okean regionu ölkələri - Çin-Qırğız Respublikası-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələrinin dəmiryolu administrasiyaları bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər.

Bu barədə “Kyrgyz Temir Zholu” şirkətinin direktor müavini Dastan Usubakunov bildirib.

Onun sözlərinə görə, layihə Çindən Avropaya qarışıq yük daşımalarını nəzərdə tutur: “Layihə çəvçivəsində yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır”.

D.Usubakunov 2022-ci ilin mart ayında Daşkənd şəhərində layihənin iştirakçı ölkələrinin dəmiryolu administrasiyalarının görüşünün keçirildiyini xatırladıb və növbəti görüşün iyunun 29-da Bişkekdə keçirilməsinin planlaşdırıldığını bildirib.

Xatırladaq ki, Daşkənd görüşündə yüklərin fasiləsiz daşınmasının təşkili, həmçinin iritonnajlı konteynerlərin daşınması üçün nəzərdə tutulmuş fitinq platformalarının vaxtında göndərilməsi və sözügedən beynəlxalq multimodal nəqliyyat dəhlizi üzrə tarif dəhlizi ilə bağlı razılıqlar əldə olunub.

Kateqoriya

İQTİSADİYYAT

Tarix

08/06/2022 14:39

Baxış sayı

88 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99