Bredin Colini döydüyü görüntülər yayıldı

Dünyaca məşhur aktrisa Ancelina Colinin 2016-cı ildə şəxsi təyyarədə keçmiş həyat yoldaşı Bred Pittlə mübahisə nəticəsində aldığı zədələrin görüntüləri ortaya çıxıb.

 

 

Sərxoş vəziyyətdə olan Pitt uçuş zamanı təyyarənin tualetində Ancelinanı təhqir edərək, fiziki zorakılıq tətbiq edib.

 

Bred aktrisanı başından və çiyinlərindən tutaraq divara itələyib. Nəticədə Colinin qolu və dirsəyi yaralanıb.

 

Səs-küyü eşidən övladı qapıya yaxınlaşaraq anasının yaxşı olub-olmadığını soruşur. Pitt isə cavabında “Yox, anan yaxşı deyil. O, bu ailəni məhv edir, o, dəlidir”, - deyə, cavab verir.

 

Aktrisa açıqlamasında bildirib ki, övladı Pittin qarşısını almağa çalışanda atası onu da döyüb.

 

Buna görə aktrisa Bredi məhkəməyə verib və hadisənin araşdırılmasını tələb edib.

Qeyd edək ki, 2005-ci ildən görüşməyə başlayan cütlük 2014-cü ildə ailə qurub. Toydan iki il sonra Coli təyyarədə baş verən hadisədən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Kateqoriya

MAQAZİN

Tarix

20/08/2022 10:31

Baxış sayı

132 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99