Bayram namazında Şeyxülislamı Hacı Faiz əvəz edəcək

Ramazan bayramında Şeyxülislam Allahşükür Paşazadəni pişnamazda “Təzəpir” məscidinin imamı Hacı Faiz əvəz edəcək.

 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

 

QMİ rəsmisi deyib ki, bayram günü imam-camaat Hacı Faiz olacaq: “Təzəpir” məscidinin 3 imamı var. Amma onların içərisində qazı olanı Hacı Faizdir. Bu səbəbdən də pişnamaz Hacı Faiz olacaq”.

 

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Avropa Şurasının “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etmək üçün səfərə yola düşəcək. Şeyx bu səbəbdən Ramazan bayramı namazında iştirak etməyəcək.

Kateqoriya

CƏMİYYƏT

Tarix

30/04/2022 12:30

Baxış sayı

206 oxuma

Jurnalist

Xədicə Ağayeva

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99