Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub - EKSKLÜZİV

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.


“İlk Xəbərin”in məlumatına görə, 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.


Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.


Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Kateqoriya

HADİSƏ

Tarix

03/02/2022 12:35

Baxış sayı

2629 oxuma

Jurnalist

Aynurə Azayeva

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99