Ata Abdullayev kassasiya şikayəti verib

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Bu barədə onun vəkili Telman Abdıyev bildirib.

 

O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

 

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

 

Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. /Report 

Kateqoriya

CƏMİYYƏT

Tarix

28/04/2022 14:02

Baxış sayı

198 oxuma

Jurnalist

Xədicə Ağayeva

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99