"791 milyon manatın pensiya adı altında mənimsənilməsinin qarşısı alınıb"

"2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 306 milyon manat, və ya 6 faiz artımla nəzərə alınıb".

 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, fərdi uçot və pensiya sistemində aparılan sağlamlaşırma tədbirləri, habelə məhkəmə çəkişmələrində nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya əmsalları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilməklə 791 milyon manat təşkil edir.

Kateqoriya

SOSİAL

Tarix

20/06/2022 12:37

Baxış sayı

68 oxuma

Jurnalist

Afa Garani

Oxuduğunuz xəbər necə idi?
Bizə xəbər göndər:
Qaynar xətt +994 (55) 231 11 99